Göyçayda Nar festivalı keçiriləcək

06.11.2019 - 14:33

Noyabrın 9-10-da Göyçay Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Aznar” şirkətinin baş sponsorluğu ilə Nar festivalı və “Aznar” şirkətinin 50 illik yubileyi keçiriləcək.

“Aznar”dan “Cümhuriyyət”ə verilən məlumata görə, şəhərin mərkəzində təşkil olunacaq festivalda müxtəlif nar növlərindən hazırlanmış təamlar, şirniyyatlar, nar şirələri, şərablar nümayiş olunacaq. Ziyarətçilər nardan hazırlanmış təamların dadına baxmaq imkanı əldə edəcəklər. Bununla yanaşı festival çərçivəsində  qonaqlar rəssamların əl işlərindən ibarət sərgi ilə yaxından tanış olacaqlar. Festival çərçivəsində musiqili proqram, rəqs qruplarının çıxışları gözlənilir.

Nar festivalında əyləncəli müsabiqələr də keçiriləcək. Ziyarətçilər həmin müsabiqələrdə iştirak edərək qalib olmaq şansı qazanacaqlar.

Günün sonunda isə “Aznar” şirkətinin 50 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert baş tutacaq. Festival atəşfəşanlıqla başa çatacaq.

Qeyd edək ki, Nar festivalı 2006-cı ildən etibarən hər il keçirilir. Festivalda hər il 15 mindən çox insan iştirak edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135978

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031