Bakı bulvarında sabah möhtəşəm konsert olacaq

08.11.2019 - 16:39

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil edəcək.

Bu barədə “Cümhuriyyət”ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Günay Yelmarqızı məlumat verib. O bildirib ki, bulvar ərazisinin 10 nöqtəsində arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək və face-artdan istifadə edən bütün qonaqlar pulsuz bayraqlar hədiyyə olunacaq:

“Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası),
Dəniz vağzalı “Qorxulu ev” attraksionun qarşısı,
Park Bulvarın yanı (2 nöqtədə),
“Sahil” metrosunun çıxışı istiqamətində,
Kukla Teatrının ətrafı (2 nöqtədə),
“Azneft” Meydanı,
Venesiya Şəhərciyi,
Panoram Attraksion”.

G.Yelmarqızı əlavə edib ki, daha sonra 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunan bayram konserti keçiriləcək:

“Konsert saat 18:00-da Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydanda başlayacaq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136172

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930