Vaxtından əvvəl ölüm riskini azaltmağın yolu

12.11.2019 - 10:10

Hər hansı diapazonda və müddətdə qaçmaq vaxtından əvvəl ölüm riskini azaldır.

Avstraliya alimlərinin “British Journal of Sports Medicine” jurnalında dərc etdikləri xəbərdə bildirilir ki, 14 tədqiqatın nəticələrinin təhlilinə əsasən, hər hansı diapazonda və müddətdə qaçmağın vaxtından əvvəl ölüm riskini azaltdığı məlum olub.

Bu nəticəyə ABŞ, Böyük Britaniya, Çin, Danimarka, Avstraliya, Finlandiya və Taylanddan ümumilikdə 232149 nəfərin qatıldığı tədqiqat hesabatları araşdırdıqdan sonra gəlinib.

Hər hansı bir məsafəni qət edən insanlarda ölüm riski digərləri ilə müqayisədə 27% aşağı olub. Qaçış eyni zamanda ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini müvafiq olaraq 30%, 23% azaldır.

İndiyə kimi fiziki cəhətdən hərəkətsiz insanların birdən-birə qaçması, güclü məşqlərin ürək çatışmazlığı olanlarda qəfil ölümə səbəb olduğu qəbul olunsa da, avstraliyalı alimlər qaçışın faydasının riskdən üstün olduğunu bəyan edirlər.

Amma alimlər hesab edir ki, hər bir yanaşma fərdidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, 18-64 yaşlı şəxslər hər həftə 150 ​​dəqiqə yüngül və ya 75 dəqiqə güclü məşq etməlidir.

e-tibb.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136262

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930