Bakıda heç bir binaya istilik verilmir – Borca görə “Azəriqaz” qadağa qoydu

16.11.2019 - 14:39

Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər. 

“Qafqazinfo” məsələ ilə bağlı “Azəristiliktəchizat”a müraciət edib. Qurumun abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, “Azəriqaz” onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün deyil:

“Bu problem bizim “Azəriqaz”a olan borca görə yaranıb. Borcun artması da qazın və istiliyin qiymət fərqinə görədir. İstilik tarifləri qazın tarifindən çox aşağı olduğu üçün abonentlər borclarını tam ödəsə belə, biz “Azəriqaz”a olan borcu ödəmək gücündə deyilik. Hökümətə də, “Azəriqaz”a da müraciət etmişik. Keçən ilki borcları dövlət tənzimlədi, qalan borcla bağlı danışıqlar gedir”.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib: ““Azəristiliktəchizat”in “Azəriqaz”a olan borc məsələsi həll olunana qədər qazın verilməsinə icazə verilmir. Danışıqlar aparılır, yaxın müddətdə yəqin ki, bu problem həllini tapar. Biz ayrı-ayrı qazanxanalarla yox, “Azəristiliktəchizat”la işlədiyimiz üçün bütün Bakı üzrə qazanxanalara qazın verilişi dayandrılıb. Bu gün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 29 milyon manatdan çoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl  “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransında yeni mövsümə hazır olduqlarını bildirib. O qeyd edib ki,  gücləndirilmiş iş rejimi keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136623

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930