Ora nə kefə getmişdim, nə də…” – Hicran Hüseynova hərbi helikopterə minməsi barədə

22.11.2019 - 12:57

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vətəndaşlarla görüşə helikopterlə getməsinin səbəblərini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə o, Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, həmin vaxtı avtomobili bərbad vəziyyətdə olub və buna görə də hərbi helikopterlə vətəndaşlarla görüşə gedib:

“Buna görə də hərbçilərə zəng etdim. Görüş cəbhə bölgəsində idi və məni onlarla insan gözləyirdi. Hərbçilərə zəng edib, xahiş etdim ki, reys varsa məni də özləri ilə aparsınlar. Mən hərbi helikeptorla getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi. Mən qısa müddətdə ora çatdım, 50-dən çox qadını qəbul etdim. Komitə ən aşağı büdcəli qurumdur. Mən ora nə kefə getmişdim, nə də kurorta”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136985

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930