Mikayıl Cabbarov: “Rusiya Azərbaycan iqtisadiyyatına 5 mlrd. dollar investisiya yatırıb”

22.11.2019 - 14:25

“Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar məbləğində investisiya yatırıb”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda bildirib.

M. Cabbarov Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstək göstərildiyini, bu sahədə xüsusi qanunvericilik aktlarının, habelə xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini qeyd edib.

Nazir “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayaraq hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayədarlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da qeyd edib.

İqtisadiyyat naziri çıxışında Azərbaycanda rus dilinin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılmasına, turizm və digər mövzulara da toxunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137005

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930