Ağcabədidə qohumunun öldürmək istədiyi qadını qonşuları xilas edib

01.02.2020 - 14:37

Ağcabədi rayonunda şizofreniya xəstəsinin qohumu olan qadını öldürməyə cəhd etdikdən sonra intihar etməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonunun Qaraxanlı kənd sakini, 29 yaşlı Hüseynova Könül Surxay qızı yaşadığı evdə həyat yoldaşının əmisi, 50 yaşlı Hüseynov Müşfiq Oruc oğlunun hücumuna məruz qalıb. Ruhi xəstə kimi qeydiyyatda olan M. Hüseynov dəhrə və bıçaqla qadına yaşadığı evdə hücum edib.

Zərərçəkmiş APA-ya deyib ki, M. Hüseynov hasardan adlayaraq, evə daxil olub. O, gənc qadına kəsici alətlərlə xəsarət yetirib. K. Hüseynova 9 və 10 yaşlı iki övladını götürərək, evdən qaçıb. Onun 5 yaşlı uşağı isə evdə çarpayının altında gizlənib. Səs-küyü eşidən qonşular onun köməyinə çatıb, M. Hüseynovu tutaraq, evdən uzaqlaşdırıblar.

Kəsilmiş-deşilmiş xəsarətlər alan K. Hüseynova xəstəxanaya çatdırılıb.

Bundan sonra M. Hüseynov sirkə turşusu içərək, özünü öldürüb. Hüseynovanın yaxın qohumu Səyyarə ƏliyevaAPA-ya bildirib ki, M. Hüseynov əvvəllər də bir neçə dəfə bu ailədən olan qadınlara hücum çəkib, K. Hüseynovanın qayınanasını öldürməyə çalışıb: “Hələ də bədəninin müxtəlif yerlərində xəsarət izləri var. Amma sonradan sakitləşmişdi. Uşaqlara hədiyyə alırdı, öz balası kimi çox istəyirdi. Bir həftə olar ki, xəstəxanadan çıxıb”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930