DİN deputatlığa namizədlərlə bağlı araşdırmalar aparacaq

07.02.2020 - 15:00

Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma aparacaq.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.

Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib. F.Ağamalı “Report”a deyib ki, deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərinə hücum edib. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=142674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930