Ekspert: Xaricdəki azərbaycanlı tələbələr çətin vəziyyətdədir

17.03.2020 - 12:56
“Tələbələr ümumi yataqxanalardan çıxarılıb, kirayə evlərini təhvil verib, nə geri qayıda, nə də irəli gedə bilirlər”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
O, xaricdə yaşayan soydaşlarımıza müraciət edərək ölkədən kənarda təhsil alan tələbələrə sahib çıxmasını xahiş edib:
“Avropada əlacsız və çıxılmaz vəziyyətdə qalan tələbələrlə bağlı hələ də rəsmi reaksiya yoxdur. Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Avropa ölkələrindəki səfirliklər hərəkətə gəlin, məsuliyyəti bir-birinizin üstünə atmayın, sonra gec olacaq. Avropa koronavirusun episentrinə çevrilib. Tələbələr isə ümumi yataqxanalardan çıxarılıb, kirayə evlərini təhvil verib, nə geri qayıda, nə də irəli gedə bilirlər. Onların xərclikləri belə yoxdur. Bu qədər biganəlik, laqeyidlik olmaz! Xaricdə yaşayan həmvətənlərimizdən xahiş edirəm ki, tələbələrə köməkləri əsirgəməsinlər, imkanları olanlar tələbələrə sahib çıxsınlar”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144136

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031