Sənəd qəbulu ilə əlaqədar QAYDALAR DƏYİŞDİ

11.05.2020 - 20:54

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün verdikləri sənədləri onlayn qaydada təsdiq edə bilməyən abituriyentlər elektron növbə əsasında Sənəd Qəbulu Komissiyalarına müraciət edəcəklər. Publika.az “Trend”ə istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova deyib.
Onun sözlərinə görə, mayın 12-dən başlayaraq iyunun 5-dək ali məktəblərə və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə onlayn qaydada sənəd qəbulu aparılacaq. Mayın 25-dən sonra sənədlərini onlayn qaydada təsdiq etdirə bilməyən abityuriyentlər Sənəd Qəbulu komissiyalarına müraciət edə biləcəklər: “Amma abiturieyntlər bunun üçün mayın 18-dən başlayaraq, elektron növbə sistemi ilə növbə götürməlidirlər. Onlar bu növbə sistemi əsasında Dövlət İmtahan Mərkəzinin inzibati binalarından birinə yaxınlaşacaqlar. Kimə hara rahatdırsa, orada sənədlərini təqdim edə biləcək. Amma sənədlərini onlayn qaydada təsdiq edə bilməyən abituriyentlərin sayı az olur. Onların əksəriyyəti sənədlərini onlayn qaydada təsdiq edə bilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146429

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930