“Rəsulzadə ilə həm Stalin, həm də Hitler əməkdaşlıq etmək istəyirdi”

20.05.2020 - 00:21

“Ermənistan baş nazirinin bu açıqlaması onun savadsızlığından xəbər verir”.

Musavat.com xəbər verir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Ermənistanın baş naziri Paşinyanın Məmməd Əmin Rəsulzadənin guya Hitlerlə əməkdaşlıq etməsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq bildirib. Onun sözlərinə görə, 1939-cu ildə Sovet hökuməti ilə Hitler Almaniyası arasında danışıqlar olmuşdu. Həmin danışıqlarda dünyanın yenidən bölüşdürülməsi məsələsi ilə bağlı müqavilə imzalanmışdı: “Hitlerlə ilk əməkdaşlığı edən Stalin olub. Eləcə də müharibənin gedişatı dövründə dörd dəfə Rusiya xarici işlər naziri ilə Almaniya xarici işlər naziri gizli görüşüb. Müharibənin gedişatı dövründə müəyyən məsələləri müzakirə ediblər. Hitlerlə bir çox ölkələrin siyasi liderləri öz əraziləri işğal olunana qədər və işğal olunandan sonra bu və ya digər şəkikdə görüşüblər. Görüşmək əməkdaşlıq etmək deyil”.
S.Cəlaloğlu həmçinin tarixi faktlara istinad edərək, xatırladıb ki, sözügedən illərdə Azərbaycanın Hitler tərəfindən işğal olunması məsələsi var idi. Həmin vaxt Rəsulzadənin Azərbaycanın gələcəyi ilə bağlı görüş keçirdiyini xatırladan ADP sədri bu görüşün detallarına da toxunub: “Orda Məmməd Əminə təklif edirlər ki, Azərbaycan işğal olunandan sonra biz səni orda protektor kimi, asılı Azərbaycanın rəhbəri kimi görə bilərik və əməkdaşlıq edə bilərik. Onda Rəsulzadə bir şərtlə razılıq verib ki, Azərbaycan müstəqil olacaq, Almaniyanın protektoru olmayacaq. O görüş çox uğursuz baş tutmuşdu və Rəsulzadə də Almaniyanı tərk etmişdi”.
Müsahibimiz Rəsulzadənin nasistlərlə əməkdaşlıq etməsi barədə iddiaların cəfəngiyyat olduğunu bildirib: “Ermənilər daha çox Hitlerlə əməkdaşlıq ediblər. Harda bir terror təşkilatı, axmaq iş varsa, orda erməninin əli var. M.Ə.Rəsulzadə o qədər böyük şəxsiyyət idi ki, onunla həm Stalin, həm də Hitler əməkdaşlıq etmək istəyirdi. O isə onların hər ikisindən güclü şəxsiyyət olduğu üçün bu əməkdaşlıqlardan imtina etmişdi”.
Sözügedən açıqlamanın daha geniş versiyası ilə videomaterialda tanış ola bilərsiz.

Sevinc
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147061

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930