Cahangir Əsgərov Prezidentə müraciət etdi – SƏBƏB?

06.06.2020 - 00:54

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov ölkə başçısına müraciət edib. Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident. Azərbaycan mülki aviasiyasına yüksək diqqət və daimi qayğı göstərdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Peşə bayramımız münasibətilə bir qrup mülki aviasiya işçisinin mükafatlandırılması barədə bu yaxınlarda imzaladığınız Sərəncam kollektivimiz tərəfindən yüksək minnətdarlıqla qarşılandı. Sizin adınız Azərbaycan mülki aviasiyasının ən yeni tarixinin ayrılmaz hissəsinə çevrilib. Bu illər ərzində həyata keçirilən qlobal dəyişikliklər Azərbaycan mülki aviasiyasını dünya hava daşımaları sahəsində yüksək səviyyəyə qaldırıb. Aviasiyaya göstərdiyiniz daimi qayğınız sayəsində ölkəmizin hava daşımaları sahəsi gələcəkdə də inkişaf edərək Azərbaycan iqtisadiyyatının çiçəklənməsini və müvəffəqiyyətini təmin edəcək. Sizin nümayiş etdirdiyiniz mənəvi və peşəkar xüsusiyyətlər Azərbaycan aviatorları üçün nümunədir. Möhtərəm cənab Prezident, mülki aviasiyanın inkişafı məqsədilə gördüyünüz tədbirlərə görə Azərbaycanın çoxminli aviator kollektivi adından və şəxsən öz adımdan Sizə səmimi və dərin minnətdarlığımı bildirir, çoxşaxəli fəaliyyətinizdə uğurlar, Azərbaycanın işıqlı gələcəyi naminə yeni nailiyyətlər arzu edirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147797

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930