“İnstagram”ın azərbaycanlı “milyonçuları” — SİYAHI – FOTO

08.06.2020 - 23:35

Aparılan araşdırmalara görə gündəlik 500 milyondan çox insan “İnstagram” sosial şəbəkəsindən istifadə edir. Sosial şəbəkələrdən təkcə adi insanlar deyil, həm də məşhurlar istifadə edirlər. “İzləyici” və “izləmə” “İnstaqram” sosial şəbəkəsinin əsas təməlini təşkil edir. Son dönəmdə bu dünya məşhurları ilə yanaşı yerli şou-biznes nümayəndələri arasında da dəbdədir.

Demək olar ki, hazırda məşhurların polulyarlığı izləyicilərin sayının çox olması ilə ölçülür. Hətta bəzi məşhurlar bu səbəblə bir-birləri ilə yarışa girib, öyünürlər. Bunu əsasən də “İnstagram”da açılan canlı yayımlarda görmək olur.

Burada bəzi gizli məqamlara toxunmaq istərdik. Hər bir işdə olduğu kimi bu sosial şəbəkənin də görülməyən gizli üzü var. Bəzən məşhurlar öz izləyici sayının çoxluğu ilə öyünmək üçün bəzi yollara əl ataraq, proqram vasitəsilə “follower”inin sayını süni şəkildə artırırlar. Ancaq diqqət edilərsə, bunun “fake” yəni saxta olduğunu açıq şəkildə görmək olur.

Bəs, bizim məşhurlar arasında kimin daha çox izləyicisi var?

“Ölkə.Az” olaraq apardığımız kiçik araşdırmada “İnstaqram” hesabları üzrə ən çox izləyicisi olan yerli məşhurlarımızın siyahısını sizə təqdim edirik:

1.Müğənni Damla (2 milyon 300 min)

2. Aparıcı Zaur-Günay Baxşəliyevlər (2 milyon 300 min)

3. Müğənni Röya Ayxan (2 milyon 100 min)

4. Müğənni Şəbnəm Tovuzlu ( 1milyon 700 min)

5. Müğənni Roza Zərgərli (1milyon 600 min)

6. Müğənni Günay İbrahimli (1 milyon 600 min)

7. Müğənni Sevda Yahyayeva (1 milyon 400 min)

8. Stilist Anar Ağakişiyev (1milyon 400 min)

9. Aparıcı Zaur Kamal (1milyon 300 min)

10.Bloqer Aysel Şükürova (1 milyon 100 min)

11. Müğənni Türkan Vəlizadə ( 1milyon 100 min)

12. Naz Mila ( 1milyon 100 min)

13. Müğənni Aygün Kazımova (1 milyon)

14. Aktrisa Pərvin Abıyeva – (1 milyon)

15. Aparıcı Xöşqədəm Hidayətqızı – (1 milyon)

16. Aparıcı Afaq Gəncəli – (1 milyon)

17. Bloqer Nicat Mütəllimov – (1 milyon)

Bundan başqa “İnstagram”da izləmə sayının çoxluğu sahibinə daha bir üstünlük qazandırır. Çünki izləyicilər təkcə şəxsin məşhurlaşmasında mütəmadi rol oynamır, həm də maddi baxımdan da onun üçün əhəmiyyət kəsb edir. Belə ki, izləyicisi çox olan profil sahiblərinə reklam təklifləri gəlir. Bu zaman onlar hansısa bir məhsulu, məkanı müəyyən bir məbləğ qarşısında reklam edir. Bu barədə məşhurlar tam məbləğ söyləməsələr də bunun 500 – 7000 manat arasında dəyişdiyi bildirilir.

Bəzi yerli şou – biznes nümayəndələri isə açıqlamalarında ancaq bəyəndiyi məhsulları öz lövhələrində ödənişsiz reklam etdiklərini də söyləyirlər.

Ölkə.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147966

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930