Milli Məclisinin iclasları iyulun 5-dək təxirə salınıb

21.06.2020 - 22:26

Azərbaycan Milli Məclisinin iyunun 23-ə təyin olunan iclası təxirə salınıb. Eləcə də, parlamentin komitələrində planlaşdırılan toplantılar da keçirilməyəcək.  Bu barədə “AzPolitika.info”ya mötəbər mənbələrdən məlumat verilib.

Məlumata görə, ümumiyyətlə, sərt karantin rejimi dövründə, yəni iyulun 5-dək parlamentdə Milli Məclisin iclaslarının və digər başqa tədbirlərin keçirilməməsinə qərar verilib. Buna da səbəb indiyədək Milli Məclisin iki deputatının koronavirusa yoluxduğunun aşkarlanmasıdır.

Onlardan birinin adı hələlik açıqlanmayıb. Koronavirusa yoluxan digər deputat – Sahib Alıyev isə özü də bu məlumatı təsdiqləyib. O, bununla bağlı “Facebook”-da yazdığı statusda vəzifəli şəxsləri virusun geniş yayılmasının qarşısını almağa çağırıb: “Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün, nəhayət, gərəkənləri edəcəklər”.

Qeyd edək ki, Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanması ciddi narahatçılığa səbəb olub. Buna görə də, bu gün bütün deputatlar, həmçinin Milli Məclis Aparatının əməkdaşları koronavirus testindən keçirilib.

Onlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb. Test nümunələrinin nəticələri sabah açıqlanacaq.

Xatırladaq ki, Sahib Alıyevin koronavirusa yoluxduğu və Milli Məclisin deputatlarının koronavirus testindən keçiriləcəyinə dair ilk məlumatları da “AzPolitika.info” verib.

AzPolitika.info.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148567

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930