Həcc ziyarəti ləğv edildi: pullar geri qaytarılır

23.06.2020 - 23:55

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətini ləğv edib. Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə bildiriblər ki, bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.
Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Ziyarət üçün ödənilən vəsait tam şəkildə birdəfəlik ödəmə ilə şəxsin özünə qaytarılacaq: “Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi. Artıq ödənişlərin qaytarılmasına başlanılıb və hər kəsin vəsaiti özünə qaytarılacaq”.
Qeyd edək ki, martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir. Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı. Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930