Koronavirusun Azərbaycanda sürətlə yayılmasının əsl SƏBƏBİ BU İMİŞ

26.06.2020 - 13:08

COVID-19-un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır.

Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov səsləndirib.

“ATV aktual” proqramının qonağı olan millət vəkili bildirib ki, yoluxma və ölüm sayının sürətlə artmasının səbəbi məhz koronavirusun mutasiyaya uğramasıdır:

“Düşünülür ki, eləcə də xarici ekspertlərin də rəyində ehtimal olunur ki, Azərbaycanda bu virus ştamp dəyişikliyinə gedib və bu mutasiya nəticəsində sadəcə yoluxmanın sürətlə çoxalması deyil, həm də yoluxan xəstələr içərisində ağ ciyər zədələnməsinin artması reallığı ilə üz-üzə qalmışıq. Əvvəlki dövrlərlə müqayisədə yoluxanlar arasında ağ ciyər zədələnməsi miqdarı, dərəcəsi və şiddətinə baxdığımız zaman bu gün xəstəxanamızda yatan xəstələr əvvəlki xəstələrə nisbətən daha ağırdır və sayları çoxdur. Əlbəttə ki, bu amillər bu gün bizim çətin vəziyyətdə olmağımıza səbəbdir”.

AZSABAH.COM

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=148794

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930