Azərbaycanda yeni doğulan 4 körpədə koronavirus tapıldı – virus həkimlərdən keçib

06.07.2020 - 00:55

“COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır”. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bu barədə bildirib. Onun sözlərinə görə, körpələrdən 12-si klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. “4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVİD-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVİD-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçibdir”.
Mütəxəssis eyni zamanda vurğulayıb ki, qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlid, körpə doğuş zalından mümkün qədər tez xaric edilməlidir. “Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və körpəni başqa otağa aparırlar. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149415

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930