ORDUYA DƏSTƏK AKSİYASI TƏXRİBATLA BİTDİ – Bir qrup insan parlamentin binasına daxil olub (Video+Fotolar)

15.07.2020 - 12:37

Bakıda dünən axşam saatlarından Azərbaycan Ordusuna dəstək məqsədilə başlayan yürüşlər Şəhidlər Xiyabanının qarşısında mitinqlə davam edib.

Aksiyada, əsasən gənclərdən ibarət minlərlə vətəndaş iştirak edib, onlar “Qarabağ”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə” şüarlarını səsləndiriblər. Polis aksiyaya son anlara qədər təmkinli münasibət göstərib.

Lakin səhərə yaxın aksiyaya müəyyən təxribat elementləri qatılıb. Belə ki, bir qrup aksiyaçı zorla Milli Məclisin binasına daxil olub. Bundan sonra polis parlamentin qarşısında qalan aksiyaçıları ordan uzaqlaşdırmaq üçün güc tətbiq etməli olub. Bu zaman bir polis maşını aksiyaçılar tərəfindən aşırılıb.

Bir neçə yüz nəfərdən ibarət aksiyaçı yenidən yürüş keçirərək, “Azadlıq” meydanında yolu bağlamağa cəhd göstərib. Polisin müdaxiləsindən sonra gənclər burdan da dağılışıblar. Polisin tələbinə əməl etməyənlər arasında saxlanılanlar olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149995

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930