Emin Əmrullayev Təhsil Naziri təyin edildi?
Yeni təhsil naziri təyin olunub. Sfera.az-ın məlumatına görə, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb. Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.
Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb. Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub. Daha sonra Təhsil İnstitutuna direktor təyin edilən Emin Əmrullayevin Təhsil Naziri kimi ümidləri doğruldacağını düşünürük.
Short URL: http://www.cumhuriyyet.net/?p=151031