Qənirə Paşayeva “Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm kəsb edən layihələrdəndir” VİDEO

29.07.2020 - 13:03

Səsimizə dəstək verdiyiniz üçün təşəkkürlər cənab Prezident!

İyulun 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçirdiyi videomüşavirədə su təsərrüfatının vəziyyəti ətraflı müzakirə olunmuş, nöqsanlar, çatışmazlıqlar qeyd edilmiş və çıxış yolları ilə bağlı məsələlərə toxunulmuşdu.

Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu sahədə təxirəsalınmaz tədbirlər görülməkdədir və artıq “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Prezident Sərəncamı imzalanıb. Sərəncamın “Tədbirlər Planı”na 2 saylı “Əlavə”də dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiq olunub.

Bu siyahıda Zəyəmçay su anbarının da nəzərdə tutulduğu üçün çox şadam.

Zəyəmçay su anbarı parlamentdə təmsil etdiyim Tovuz rayonu üçün (həmçinin digər yaxın rayonlar üçün) su ehtiyacını ödəmək, kənd təsərrüfatının inkişafı, özəlliklə əkinçilik sahələrinin sulanması baxımından çox önəmli su strukturudur. Parlamentdə Tovuz sakinlərinin səsini duyuraraq su çatışmazlıqları mövzusunda çıxışlar etmiş, bu barədə Baş nazirə rəsmi məktubla müraciət etmiş bir Millət vəkili kimi mən cənab Prezidentin bu yeni Sərəncamının məqsədyönlülüyünü, həyati vacibliyini çox yaxşı başa düşürəm.

Dövlət başçımıza minnətdarıq ki, həmişə olduğu kimi, yenə də xalqın ehtiyaclarına, vətəndaşın narahatlıqlarına təxirə salmadan münasibət bildirdi. Bu münasibət dövlət başçısının imzaladığı sənədlərlə öz yüksək və konkret hüquqi həllini tapır. İnanırıq ki, müvafiq dövlət orqanları da öz üzərlərinə düşən vəzifələri və məsuliyyəti eyni ruhla yerinə yetirəcək.(musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151222

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930