PSJ klubunun daha bir futbolçusu koronavirusa yoluxub
Fransanın PSJ klubunun daha bir futbolçusu koronavirus pandemiyasına yoluxub.
Apasport.az saytı xəbər verir ki, hücumçu Mauro İkardidən götürülən testin nəticəsi pozitiv çıxıb. Argentinalı forvard dərhal karantinə alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl PSJ-nin digər futbolçuları Neymar, Anxel Di Mariya və Leandro Paredesin də koronavirus infeksiyasına yoluxduğu açıqlanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=153614