Övladları olmayan evli cütlük analiz veriblər, dəhşətli həqiqət dünyanı şoka salıb!

11.09.2020 - 10:31

Övladları olmayan evli cütlük analiz veriblər, dəhşətli həqiqət dünyanı şoka salıb! Bu qədər faciəvi təsadüf ola bilməz!

ABŞ-da süni mayalanma yolu ilə övlada sahib olmaq istəyən cütlük klinikaya gedərək DNT analizi verib. Nəticə təkcə onları yox, bütün dünyanı şoka salıb.
Missisipidə baş verən bu hadisənin sorağı qısa zamanda bütün dünyaya yayılıb. Övladları olmayan cütlük çarəni süni mayalanmada görüb. Bu məqsədlə klinikada DNT analizi verən cütlüyün əkiz olduqları üzə çıxıb.
Bununla bağlı klinikanın həkimi İngiltərənin “San” nəşrinə açıqlama verib: “Müalicə müddətində adətən genetik keçmişi bilmək üçün qadın və kişidən DNT nümunələri götürürük. Bu, ənənəvi bir prosesdir və normalda iki nümunə arasında bağlılıq olub-olmadığına fikir vermirik. Ancaq bu dəfə laboratoriyanın assistentləri iki nümunədəki bənzərliyi görəndə təəccüblənib. Əvvəlcə onların qan qohumu olduqlarını düşünüblər. Ancaq genetik oxşarlıq qohumluqdan da uzağa gedən bir tablo ortaya çıxarıb. Hər iki xəstənin doğum tarixinin eyni olduğunu görəndən sonra onların əkiz olduğuna şübhə yeri qalmayıb”.
Həkim bəxtsiz cütlüyə bu xəbəri verəndə onlar bunu zarafat kimi qəbul edib. DNT testinin cavablarını göstərəndən sonra onlar da şoka düşüb.
Mənbənin yazdığına görə, universitetdə tanış olan cütlüyün bioloji valideynləri avtomobil qəzasında həyatını itirdikdən sonra əkizlər fərqli ailələr tərəfindən övladlığa götürülüb. Ailələr də onlara əkizinin olduğunu bildirməyib.
Həkimin sözlərinə görə, əkiz cütlük gələcək üçün planlar qurmaqda davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153994

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930