“Qarabağ”dan Mahir Emrelinin durumu ilə bağlı açıqlama

13.09.2020 - 16:31

Azərbaycan Premyer Liqasında II turun “Keşlə” ilə səfər matçında zədələnmiş “Qarabağ” klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Klubun mətbuat katibi Nurlan İbrahimovun “Report”a verdiyi məlumata görə, 23 yaşlı hücumçunun diz bağları və vətərlərində qırıq aşkarlanmayıb. Əvəzində Emrelinin ayağında ciddi burxulma üzə çıxıb. Onun nə zaman sıraya dönəcəyi bədəninin verəcəyi reaksiyadan asılı olacaq. Futbolçunun Norveç “Molde”si ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda çıxış edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Mahir Emreli “Keşlə” ilə oyunun 37-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Matç qolsuz tamamlanıb. “Molde” ilə görüş sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki “AEK Arena”da olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154178

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930