“Qarabağ”ın rəqibi ilə oyundan sonra 3 futbolçuda koronavirus çıxdı

04.10.2020 - 15:12

Avstriyanın “Zaltsburq” komandasının 3 futbolçusunda koronavirusa yoluxma halı qeydə alınıb.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, həmin oyunçuların İsraildə “Makkabi” (Təl-Əviv) klubu ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra (3:1) COVID-19 testləri müsbət çıxıb. Adları açıqlanmayan futbolçular özlərini təcrid ediblər. Qalanları isə komanda şəklində karantinə riayət edirlər və yalnız evdən məşq bazasına gedib-gələ bilərlər. Klubda yoxlamaların tezliyinin artırılacağı da vurğulanıb.

Qeyd edək ki, “Makkabi” Avropa Liqasının I qrupunda “Qarabağ”ın rəqiblərindən biridir. Azərbaycan təmsilçisi qrupda ilk oyununu oktyabrın 22-də səfərdə məhz israillilərə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu komandalar Bakıda dekabrın 3-də üz-üzə gələcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031