“Barselona” futzal üzrə Çempionlar Liqasının qalibi olub
İspaniyanın “Barselona” klubu futzal üzrə Çempionlar Liqasının qalibi olub.
“Report”un məlumatına görə, Kataloniya komandası finalda ölkənin digər təmsilçisi “El Poso”nu məğlubiyyətə uğradıb – 2:1. “Barsa” 2012 və 2014-cü ildən sonra tarixində üçüncü dəfə nüfuzlu mükafata sahib çıxıb.
Onlar yarımfinalda müvafiq olaraq, Rusiyanın KPRF və “Tümen” komandalarını üstələyiblər.
3-cü yer uğrunda görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə KPRF daha dəqiq olub – 3:1.
Short URL: http://www.cumhuriyyet.net/?p=155896