“Barselona”nın futbolçuları maaşlarının azaldılmasından imtina etdi

17.10.2020 - 15:54

İspaniya “Barselona”sının prezidenti Xosep Mariya Bartomeu növbəti dəfə futbolçulara və işçilərə müraciət edib.

“Report” “Marca”ya istinadən xəbər verir ki, 57 yaşlı funksioner komanda üzvlərini maaşların 30 faiz azaldılması təklifi ilə razılaşmağa çağırıb. Lakin bu dəfə imtina cavabı alıb.

Məsələ ilə bağlı danışıqların oktyabrın 22-dək aparılacağı, hətta müddətin 5 noyabradək uzadıla biləcəyi qeyd olunub.

Rəhbərlik futbolçularla razılığın əldə olunacağına ümid edir. Bu, baş verməsə, klub məvacibləri birtərəfli şəkildə azaldacaq.

Qeyd edək ki, “Barselona” koronavirus pandemiyası səbəbindən 97 milyon avro itirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=156254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31