Aytən Səfərova Lalə Azərtaşa SÖZ ATDI – FOTO

03.07.2021 - 14:38

 

Aytən Səfərova Lalə Azərtaşa SÖZ ATDI - FOTO

 

Tarif Şurasının qazın qiymətini artırması ilə bağlı qərarı son günlərin müzakirə mövzusudur.

Aparıcı Aytən Səfərova instaqramda ev quşu qazın fotosu paylaşlaraq həmkarı Lalə Azərtaşın son günlərdə müzakirə olunan məlum çıxışına da söz atıb:

“Qiyməti qalxmış qaz duruşu. Bəzi həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu qazdan kimsə illərlə istifadə etmir, yemir ətini, istəmir ləzzətini. Amma bu biri qazdan istəsə də, istəməsə də, istifadə etmək məcburiyyətindədir. Ən azından yemək üçün. Qiyməti də heç ləzzət eləmir. Yazanda nöqtə, vergül də qoyun”.

Xatırladaq ki, aparıcı Lalə Azərtaşın “Birinci studiya”da dediyi “Qazın qiyməti niyə artmasın? Qoyun, artsın. Hələ qazın gecə və gündüz tarifi də müəyyən edilsin. Yaydır, qaz ən çox mürəbbə bişirməyə gedir. Bunları gecə edərsiniz ki, ağzınız kimi, cibiniz də dada gəlsin” sözləri qalmaqal yaratmışdı.

Lalə Azərtaş sonradan video paylaşaraq bu sözləri sarkazmla dediyini bildirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164780

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930