Təhsil İdarəsində vətəndaş qəbulu dayandırıldıTəhsil İdarəsində vətəndaş qəbulu dayandırıldı

03.11.2021 - 12:37

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2022-ci ilin yanvarın 1-dək vətəndaşların qəbulunu dayandırıb.

 

Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Çağrı Mərkəzi (146-0) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin idarənin rəsmi info@baku.edu.gov.az rəsmi elektron poçt ünvanına və Təhsil Nazirliyinin portal.edu.az saytına müraciət edə bilərlər. BŞTİ tərəfindən videoqəbul formatında həyata keçirilən videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) zəng etməklə və ya İdarənin saytındakı müvafiq bölməyə (https://baku.edu.gov.az/az/page/50) daxil olmaqla məlumat ala bilərlər.

 

Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

 

Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları poçtla göndərə və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168058

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930