İradə Tuncay: “Bizim evdə qayınana Aqil Abbasdır”

04.11.2021 - 16:12
İradə Tuncay: “Bizim evdə qayınana Aqil Abbasdır”
“Mən qayınana deyiləm ki?! Bizim evdə qayınana Aqil Abbasdır. Hamının işinə qarışır”.
Bu sözləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay deyib:
“Aqil Abbasın da mənfi tərəflərini müsbət tərəfləri üstələyir. Mən onu idarə etməkdə çətinlik çəkirəm. Amma həm də insanı dəyişmək olmaz axı. Gərək buna çalışmayasan. Xarakter etibarilə bəzi şeyləri qəbul edə bilmədiyimə görə, mənə çətin olur. İnsan kimi çox yaxşı xasiyyətləri var, müsbətə meyilli tərəfləri çoxdur. Kaprizləri həmişə olub. Bəzi şeylər var ki, mən onda onu görmək istəməzdim, amma olur. Çox zaman elə bilirlər ki, deputatlar kef edirlər, bir əli yağda, bir əli balda yaşayırlar. Hamısı belə deyil. Bir deputat səhv edəndə bunu ümumiləşdirib bütün deputatların adına yazırlar. “Troll sürüsü” var ki, gözləyir, sən bir səhv edəsən, başlasın söyməyə. Aqil Abbas danışanda, ümumiyyətlə fikirləşmir ki, bunu desəm, nə deyəcəklər. O mənada onu qorumaq mənim boynuma düşür. Bəzən də danışmasına veto qoyuram”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930