Partlayıcı fişəngləri ölkəyə kim və necə gətirir…

21.12.2021 - 17:54

Yeni ilin qapımızı döyməsinə sayılı günlər qalıb. Bu bayramın gəlişini bir çoxları səbibsizliklə gözləyir. Bunun səbəblərindən biri Yeni il gecəsi partlayıcı vasitələrin və fişənglərin kütləvi istifadəsidir. Balacalar “partapart” səsindən xoşlanırlar desək, yanılmarıq. Amma təkcə uşaqlarmı?
Axı böyüklər də partlayıcı vasitələrə aludədirlər…
Baxmayaraq ki, pirotexniki vasitələrin ölkəyə gətirilməsi qanunla qadağan olunub, amma hər il bayram axşamlarında onların səsdən qulaq tutulur.

Onların satışı isə indidən başlanıb. Hazırda bu vasitələrin ölkəyə gətirilməsinə nəzarət varmı? Hansı əks tədbirlər həyata keçirilir?


Modern.az
 saytının əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə sorğu ünvanlayıb.

DİN-nin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı maddələr ölkəmizdə qaçaqmalçılıq yolu ilə daxil olur.

“Ərazi polis orqanları tərəfindən bu istiqamətdə müvafiq və mütəmadi reydlər keçirilir. Xüsusən əlamətdar, bayram günlərdində protexniki vasitələrdən istifadə etməklə qorxu, həyəcan yaradan halların qarşısının alınması üçün tədbirlər davam etdirilir”.

Onun sözlərinə görə, bundan istifadə edərkən aşkarlandıqda həmin şəxs qanunvericiliyin tələblərinə uyğun müvafiq tətbiqlər görülür:

“Təbii ki, qanunvericiliyin tələblərinə uyğun həmin şəxs cəzalandırılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə açıqlama veriləcək. Açıqlamada cəzaların hansı dərəcədə olduğu bildiriləcək.

Tövsiyə edirik ki, azyaşlılarımız bu protexniki vasitələrdən həm öz, həm də yaxınlıqdakı insanların sağlamlığını qorumaq üçün istifadə etməsinlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168920

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930