Sürücülərə hava XƏBƏRDARLIĞI

22.12.2021 - 12:11

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib.

 

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, hazırda müşahidə olunan yağıntılı hava şəraiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar, eləcə də respublikanın şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında bəzi yerlərdə qar yağacağı və yolların buz bağlayacağı barədə məlumatını nəzərə alaraq, yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi və yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.

 

Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930