Azərbaycanda körpəyə Zelenskinin şərəfinə Volodimir adı qoydular – Rəsmi qurum “OLMAZ!” dedi

02.04.2022 - 16:43

Azərbaycanda yeni doğulmuş körpəyə Ukrayna prezidentinin şərəfinə Volodimir adını vermək istəyən valideynlərə “yox” deyilib.

Modern.az-ın məlumatına görə, xəbəri Sumqayıtda yaşayan tanınmış həkim Səxavət Əlisioy verib. O, bildirib ki, körpənin babası onun köhnə dostlarındandır.

Ədliyyə Nazirliyinin yerli VVAQ şöbəsi Volodimir adının milli olmadığını əsas gətirərək, valideynlərdən körpəyə başqa ad seçməyi tələb edib:

“İcazə vermirlər ki, milli ad qoymalısan. Adlarımızın böyük əksəriyyəti ərəb, fars kökənlidir. Ancaq “milli təəssübkeşlər” bu adlara qadağa qoymur.

İndi kimsə deyəcək ki, peyğmbərin, imamların adlarını yasaqlamaq olmaz.

Mən də deyirəm ki, olar. Nədən ki, Məhəmməd, Əli, Hüseyn, Həsən və digər müqəddəs şəxslərin adlarını daşıyan çox sayda şərəfsiz, əyyaş, oğru, dəyyus göstərmək olar. Ki, bu da o kişilərin ruhunu incidir.

Mən Azərbaycanda Marks, Engels, Marlen, Oktyabr, Kombaynla rastlaşdım. Yəqin ki, sizlər də rastlaşıbsınız.

Volodimir adında nə qəbahət var ki? Adam aslan kimi özündən 10 qat güclü ordunun qarşısında dayanıb…

Köhnə dostuma məsləhət gördüm ki, qarşıdurmaya gərək yox, qoy o körpəyə ata-anası bir milli ad versin, sən elə Volodimir deyərsən”.

S.Əlisoy deyib ki, o özü də həmin uşağı Volodimir çağıracağına söz verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172719

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930