İlkin Süleymanovun məhkəməsində əmisi oğlu növbəti dəfə ifadə verib

06.04.2022 - 18:31


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov növbəti dəfə ifadə verib.

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb.

M.Süleymanov ifadəsində bildirib ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanba-yandır və o heç vaxt həmin otaqda səs eşitməyib.

“Əgər orda kimsə olsaydı və iddia edilən hadisələr başvermiş olsaydı ən azından gecə vaxtı səssiz bir zamanda ayaq səsləri belə eşidilən otaqda olanlar eşidilirdi. Meyitin tapıldığı zamanda istintaqda lazım olar deyə İlkinə telefonla video çəkiliş etməsini də elə mən demişəm. Yani onun videonu çəkməkdə heç bir başqa məqsədi olmayıb.”-deyə M.Süleymanov bildirib.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 11-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930