Qazdan istifadə limitləri ilə bağlı “Azəriqaz” rəhbərindən AÇIQLAMA

08.04.2022 - 12:58

“Yanvar-mart aylarında 14 min 738 yeni abonent qeydə alınıb”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.

O bildirib ki, onlardan 14 002-si əhali üzrə, 736 yeni abonent isə qeyri-əhali üzrə qeydiyyata alınıb:

“Cari ilin mart ayında isə 3646 yeni abonent qeydiyyata alınıb. Onlardan 3 488-i əhali, 158 abonent isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb”.

“2022-ci ilin yanvar-mart aylarında ümumi abonentlərin 80 faizi (1 milyon 970 min abonent) təbii qazdan aşağı tariflə (1200 kubmetrdən aşağı) istifadə edib. Ancaq 20 faiz (487 min) abonent isə 1200 kubmetr limitini keçib.

Bu gün 2 milyon 419 min 192 qaz sayğacı mövcuddur. Onların 63 faizini mexaniki tipli sayğaclar, 37 faizini (9 min) isə öncədən ödənişli tipli sayğaclar təşkil edir”, – deyə R.Əliyev əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173105

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930