Azərbaycanda dönər BAHALAŞDI

10.10.2022 - 13:02

Dönər üçün nəzərdə tutulan toyuq ətinin qiyməti bahalaşıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Trend-ə bazardakı mənbələr məlumat verib.

Əvvəlki vaxtlarda dönər üçün nəzərdə tutulan toyuq ətinin bir kiloqramı üçün qiymət 5 – 5,50 manat dəyişirdi. Hazırda isə 10 gündür ki toyuq ətinin bir kiloqramı 6 manat 50 qəpiyə satılır.

Qiymət artımı ilə əlaqədar paytaxtda müxtəlif yerlərdə satılan toyuq dönərinin də qiymətində artımlar baş verib. Qiymət artımı etməyən dönərxanalar isə dönərin porsiyasına dəyişiklik etməli olublar.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Azərbaycanda ərzaq məhsullarının, o cümlədən qeyd etdiyiniz toyuq ətinin qiyməti dövlət tərəfindən tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif və istehsal xərclərinin dinamikası əsasında, eyni zamanda dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) müvafiq məhsulun və onun əsas xammallarının qiymətlərinə uyğun olaraq formalaşır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkədə ərzaq məhsullarının qiymətində manipulyasiyalara yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir. Belə ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə dövlət xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və qanun pozuntuları aşkar olunan zaman qanunvericiliyə uyğun tədbirlər görülür”, – deyə qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183477

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930