“Bakcell” jurnalistlər üçün seminar keçirib – FOTO

29.12.2022 - 17:10

“Bakcell” MMC jurnalistlər və bloqerlər üçün “Mobil telekommunikasiya: son nailiyyətlər və yeni texnologiyalar” mövzusunda iki günlük seminar təşkil edib. Mobil rabitəyə həsr olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları, müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə mətbuat nümayəndələrinin və bloqerlərin məlumatlılığını artırmaqdır.

Tədbirdə ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist və bloqer iştirak edib.

“Bakcell” əməkdaşlarının iştirakı ilə seminar çərçivəsində “eSIM texnologiyası”, “B2B ekosistemi və onun bazara təsiri”, “VoLTE texnologiyası”, “Mobil rabitə şəbəkəsinin iş prinsipi”, “Qarabağda “Bakcell” şəbəkəsinin qurulması və genişlənməsi”, “Qlobal telekommunikasiya trendləri: süni intellekt”, “Korporativ sosial məsuliyyət strategiyası və onun cəmiyyətə faydası” kimi mövzular üzrə təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Şirkət nümayəndələri jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.

“Bakcell” 2015-ci ildən başlayaraq hər il davamlı olaraq mətbuat üçün mobil telekommunikasiyaya həsr olunmuş seminarlar təşkil edir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930