Yeni il hədiyyələri ilə bağlı XƏBƏRDARLIQ

01.01.2023 - 17:13

Yeni illə əlaqədar içərisində qida məhsulları olan hədiyyə qutularına da maraq artır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşları satışa çıxarılan belə hədiyyə qutularını alarkən diqqətli olmağa çağırır.

Agentlikdən Cumhuriyyet.az-a bildirilib ki, ilk növbədə Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində qeyd olunan istehsal və son istifadə tarixinin qutunun içərisinə yerləşdirilən qida məhsullarına aid olmadığını bilmək vacibdir.

İstehlakçılar belə məhsulları alarkən qida məhsulunun çeşidindən asılı olaraq adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal və son istifadə tarixi, saxlanma şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri kimi məlumatlara diqqət yetirməlidirlər.

Agentlik vətəndaşlardan Yeni illə əlaqədar hazırlanan hədiyyə qutularında istifadə edilən qida məhsullarının tərkibi, istifadə müddəti, saxlanma şəraiti və digər məsələlərlə bağlı şübhələri olduğu halda, “1003-Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031