Qənirə Paşayeva bu məqsədlə orta məktəbə getdi

23.02.2023 - 22:45

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki İlqar Məmmədov adına 298 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə keçirilən “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” adlı ədəbi-bədii tədbirə qatılıb.

Cumhuriyyet.az xəbər verir ki, tədbir şair, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi Əliabbas Müznibin (Əliabbas (Əlabbas) Mütəllib oğlu Mütəllibzadə; 1883, Bakı – 28.09.1938, Bakı) 140 illik yubileyinə həsr olunub.

Tədbirdən öncə məktəbə adı verilmiş şəhid İlqar Məmmədovun təhsil ocağının həyətində ucaldılmış xatirə abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Sonra qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Tədbir Ümummilli lider Heydər Əliyevin, bütün dövrlərdəki şəhidlərimizin, qardaş Türkiyədə bu ay içində baş vermiş dəhşətli zəlzələlərdə həlak olan qardaş-bacılarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qənirə Paşayeva 2023-cü ilin Heydər Əliyev İli olması, Əliabbas Müznibin həyat və yaradıcılığından danışıb.

Tədbirin sonunda MM Mədəniyyət Komitəsi və “UNİTY Company” adından məktəbin təhsildə fərqlənən şagirdlərinə kitablar hədiyyə edilib. Həmçinin, “UNİTY Company”in 298 saylı məktəbin bir şagirdinin təhsil xərclərini qarşılayacağı açıqlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188735

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930