İpoteka ilə ev alanlara sevindirici xəbər – VİDEO

17.03.2024 - 13:03

Bəzi hallarda ipoteka krediti borcu tam ödənilmədikdə belə əmlak vətəndaşa qalacaq. Bu, “İpoteka haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, bank tərəfindən ipotekaya xitam verilərsə, bu halda əmlak ipoteka sahibinə – yəni vətəndaşa qalacaq.
Mövzunu şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov “Xəzər Xəbər”ə bildirib ki, hazırkı qanuna əsasən əmlak və ya mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır.
Digər dəyişikliklər isə ipotekada zamin məsələsi və varislərin hüquqlarının qorunmasıdır.
Təklif edilən dəyişikliyə əsasən bəzi hallarda varis ipoteka kreditini ödəməkdən imtia edə biləcək.
Vüqar Bayramov bildirib ki, ümumilikdə ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər pozitivdir və kredit götürən şəxslərin maraqlarının və hüquqlarının qorunmasına imkan verəcək.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, tərəflər bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda və ipoteka predmeti məhv olduqda ipotekaya xitam verilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199428

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930