Azərbaycanlılar yeni sosial şəbəkə yaratdılar – Bülbül

17.03.2024 - 13:07

Rusiyada azərbaycanlı gənclər qrupu yeni sosial şəbəkə yaradıb.

Yeni yaradılan sosial şəbəkənin adı BÜLBÜL-dür. Şəbəkənin yaradıcılarından biri olan həmyerlimiz Ceyhun Hüseynov APA-ya bildirib ki, bu yaxınlarda App Store-da dünya azərbaycanlılarını birləşdirmək məqsədilə düzəldilmiş yeni sosial şəbəkə yaradılıb.

Onun sözlərinə görə, BÜLBÜL (Xarabülbüldən qısaldılmış) adlı layihənin gələcək üçün böyük planları var, hazırda isə yalnız iPhone platformasında mövcuddur.

“BÜLBÜL sosial şəbəkəsində fərdi şəxs, həmçinin müəssisə, təşkilat və ya birlik kimi qeydiyyatdan keçmək mümkündür. BÜLBÜL yalnız ünsiyyət üçün bir sosial şəbəkə deyil, həm də biznes, kiçik və orta sahibkarlığa dəstək üçün bir vasitədir” deyə Hüseynov vurğulayıb.

Həmyerlimiz qeyd edib ki, onları bu şəbəkəni yaratmağa vadar edən səbəb — uzun müddət öz vətənlərindən uzaqda yaşamaq, sevimli, milli məhsullarını tapmaq o qədər də asan olmaması və ana dilini nadir hallarda eşitməkdir:”Beləliklə, hər bir istifadəçini xəritədə və ya şəhər, cins, yaş, ixtisas üzrə “dostlar axtarışı” bölməsində tapa biləcəyiniz bir platforma yaratmaq ideyası ortaya çıxdı.Şəbəkənin yaradıcı heyəti çox ümid edir ki, istifadəçilər layihənin ərsəyə gəlməsində qoyulan səyləri qiymətləndirəcək və bu milli layihəni fəal şəkildə dəstəkləyəcəklər“.

BULBUL social network App Store-da yazıb və ya link vasitəsilə keçid edib yükləyə bilərsiniz:
https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199430

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930