Robert Koçaryanın azərbaycanlı dostu danışdı… – Video
Zakir Həsənov Xankəndidə doğulub, şəhər aptekində əczaçı işləyib. İşlədiyi aptek bu gün də yerindədir. Amma Xankəndidə qoyub getdiyi doğmalarının məzarları artıq yoxdur. İTV onunla bağlı süjet hazırlayıb.
Ermənilər azərbaycanlılara məxsus məzarlığı yox ediblər. Yox olmayan isə Zakir Həsənovun xatirələridir. O, Xankəndidə işlədiyi apteki tapıb. O aptek ki, 34 il əvvəl qarşısında şəkil də çəkdirmişdi. Onun xatirələri arasında Robert Koçaryanla dost olduğu günlər də var. Koçaryan və Arkadi Qukasyan Zakir Həsənovun toyunda iştirak da ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=199467