Niyə azərbaycanlılar regionun ən qeyri-xoşbəxt adamlarıdır?

27.03.2024 - 13:45

Azərbaycanda təbliğatçılar xalqın öz həyat səviyyəsindən kütləvi şəkildə razı olması barədə iddialar yayırlar. Lakin qonşu dövlətlərlə müqayisədə bu cür iddialar kəmiyyət və keyfiyyət göstəricilərilə (maaşlar, müavinətlər, yemək xərcləri və s.) möhkəmlənmir.

ABŞ Kolumbiya Universitetinin “Yer İnstitutu” (Earth İnstitute) və “Davamlı İnkişaf Mərkəzi” (Center for Sustainable Development) tədqiqat mərkəzləri xoşbəxtliyin səviyyəsinə görə dünya ölkələrinin reytinqini hesablayıb. Son araşdırmanın nəticələrinə dair məlumatlar 2024-cü ilin martında dərc edilib. Bir neçə meyardan ibarət ümumi indeks üzrə Azərbaycan 143 ölkə arasında 101-ci yeri tutub. Araşdırma 2023-cü illə müqayisədə xoşbəxtlik səviyyəsində əhəmiyyətli enmə qeydə alıb. Həmin vaxt Azərbaycan 88-ci yerdə olub. Eyni zamanda, 30 yaşınadək gənclər arasında aparılan sorğulara əsasən Azərbaycan 95-ci, orta yaşlı vətəndaşlar arasında 103- cü, 60 yaşdan yuxarı şəxslər arasında 108-ci yeri tutub. Acınacaqlı hal odur ki, 2006-2010 və 2021-2023-cü illərdə xoşbəxtlik səviyyəsi arasındakı dəyişiklik cüzi olub (0,311 bal), halbuki, Gürcüstanda əhəmiyyətli dərəcədə irəliləyiş olub (1,292), Ermənistanda isə daha 0,981 olub. Azərbaycanın dünya xoşbəxtlik reytinqində bu cür mövqeyi şok effekt yaratmaya bilməz.

https://gtmarket.ru/ratings/world-happiness-report

Click to access WHR+24.pdf

Yeddinci dəfədir ki, dünyanın ən xoşbəxt adamları Finlandiya vətəndaşları, ən qeyri-xoşbəxt adamları isə Əfqanıstan sakinləridir. 2023-cü ildə olduğu kimi siyahını Əfqanıstan və Livan bağlayır.

Digər ölkələrin yerləşməsi də məntiqli görünür. İlk onluqda etibarlı səhiyyə, yüksək səviyyədə sosial müdafiə və aşağı korrupsiya ilə planetin ən zəngin ölkələri toplanıb. Onluğun reytinqini Yəmən və Livan ilə birlikdə səkkiz totalitar Afrika ölkəsi bağlayır.

Azərbaycanlılar üçün bizim qonşularımız və keçmiş SSRİ ölkələri maraqlıdır. Bizdən daha pis ukraynalılar yaşayırlar (105-ci yer), bu, Rusiyanın həmin ölkəyə qarşı ağır müharibəsilə izah edilə bilər. Müharibəni fəlakətli şəkildə uduzan Ermənistan 82 – ci, Gürcüstan 91 – ci , Rusiya 72 – ci, İran 100 – cü, Türkiyə 98 – ci yerdədir. Qazaxıstan – 49, Özbəkistan 47-ci yerdədir. ABŞ 23 – cü, İngiltərə 20-ci yeri tutub. 47-ci yeri tutan Özbəkistan Orta Asiyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.

Əvvəlki kimi, ölkəmizin autsayder yerlərini şərh etməklə nəticəni Qərb tədqiqat mərkəzlərinin subyektiv, antazərbaycan əhval-ruhiyyəsi kimi inkar etmək mümkündür. Lakin xoşbəxtlik reytinqinin tərtibçiləri Birləşmiş Millətlər Təşkilatının himayəsi altında “Davamlı inkişaf həlləri şəbəkəsi” (UN Sustainable Development Solutions Network) qlobal təşəbbüsü çərçivəsində çalışırlar. Bu beynəlxalq araşdırma layihəsinin nüfuzu və obyektivliyi şübhə doğurmur. Azərbaycan BMT-ni düşmən təşkilat hesab etmir.

Reytinq hazırlanarkən milli institutların tərtib etdikləri göstəricilər nəzərə alınır. Bunlar rifah, adambaşına düşən ÜDM səviyyəsi, uzun ömürlülük, vətəndaş azadlıqlarının olması, təhlükəsizlik və sabahkı günə inam hissi, ailələrin sabitliyi, məşğulluq təminatları, korrupsiyanın səviyyəsi, habelə cəmiyyətin vəziyyətinin dolayı göstəriciləri: etimad səviyyəsi, comərdlik və səxavətdir

Araşdırmanın əhəmiyyətli hissəsini müxtəlif ölkələrin sakinlərinin özlərini nə qədər xoşbəxt hiss etdiklərinə dair rəy sorğularının nəticələri təşkil edir. Sorğunu Gallup Beynəlxalq Tədqiqat Mərkəzi (Gallup International) aparır.

Reytinq müəllifləri hesab edirlər ki, əksər ölkələrin göstərdiyi nəticələrin dörddə üçü altı sosial və iqtisadi amillə izah olunur: adambaşına düşən ümumi milli məhsul, gözlənilən sağlam ömür müddəti, cəmiyyətdə sosial müdafiənin və qarşılıqlı yardımın səviyyəsi, korrupsiyanın səviyyəsi, öz həyatına təsir etmək imkanı və xeyriyyəçiliyin yayılma əhatəsi.

Əgər qonşu ölkələrdəki inkişaf haqda həqiqətlər bizə bildirilsəydi, Azərbaycanın 101- ci yerdə olması oxucuları depressiyaya salmazdı. Belə ki, Avrasiya İnkişaf Bankı (AİB) 2024-cü ildə Ermənistanda ÜDM-in 5,7%, Belarusda 2%, Qazaxıstanda 5%, Qırğızıstanda 4,5%, Rusiyada 1,5% artacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM artımı 2,4% səviyyəsində gözlənilir.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ötən il Ermənistan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda lider olub – 8280 dollar. 2023-cü ildə Azərbaycanın adambaşına düşən ÜDM – i ilə müqayisə edin -12 min 114,5 manat (7126 dollar). Niyə neft-qaz ölkəsi olan Azərbaycanın hər sakininin payına “kasıb” Ermənistandan min dollar az düşür?

2024-cü ilin fevralında Azərbaycanda ötən ilin fevral göstəricisinə qarşı 0,6% səviyyəsində inflyasiya qeydə alınıb. Qonşu Gürcüstanda isə fevralda 0,3% inflyasiya qeydə alınıb.

2023-cü ilin əvvəlində intihar səviyyəsinə (Suicideinthe World, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır) görə dünya ölkələri reytinqində yaxşı görünmürük. Göstərici 100 min əhaliyə düşən intihar sayına görə hesablanır. Siyahıda ölkənin yeri nə qədər yüksəkdirsə, orada daha çox intihar var. Azərbaycan 144 – cü, Ermənistan 156 – cı, Türkiyə 169-cu yerdədir. Gürcüstan 66-cı yerdədir.

Azərbaycanda ekspertlər xoşbəxtlik reytinqində ölkənin xroniki aşağı göstəricisini sosial məsələlər, səhiyyə, seçki azadlığı ilə bağlı ciddi problemlərlə izah edirlər. İqtisadçı Natiq Cəfərli əhalinin öz gəlirlərinin yarıdan çoxunu (52-53%) qida məhsullarına xərcləməsi faktını problem kimi ortaya qoyur.

2023-cü ildə Picodi.com analitikləri 105 ölkədə statistik məlumatları nəzərdən keçiriblər və dünyanın müxtəlif regionlarının sakinlərinin yeməyə nə qədər pul xərclədiyini hesablayıblar. Evdə (restoranlarda yox) yemək xərclərinin faizi göstərilib. Məlumatlar Euromonitor International və ölkələrin statistika idarələrindən götürülüb. Azərbaycan 95-ci yerdədir – 43,6%, bizdən sonra Uqanda, Qazaxıstan, Anqola, Özbəkistan, Banqladeş, Kamerun, Keniya, Myanma, Nigeriya (59%) gəlir. Siyahının lideri ABŞ-dır – 6,7%. Gürcüstan – 32,3% , İran – 28,7% , Türkiyə -27,3%, Rusiya – 29%.

Azərbaycanda pensiya ödənişlərinin səviyyəsi aşağıdır və bu, əhalinin əhval-ruhiyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir, – N.Cəfərli hesab edir. Qonşularla müqayisə edək: Rusiyada orta pensiya 22 min rubl (403 manat) təşkil edir. 2024-cü ildə Azərbaycanda 370 manatdır.

Kamal Əli, Ekspert, şərhçi

Turan.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199595

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930