Jurnalistlikdən nazirliyə: Namiq Abbasov kim idi? – DOSYE

28.03.2024 - 11:29

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov 84 yaşında vəfat edib.

1995-2004-cü illərdə milli təhlükəsizlik naziri olan Namiq Abbasovun dosyesini təqdim edirik:

Namiq Abbasov 1940-cı il fevralın 22-də anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1962-1976-cı illərdə “Abşeron” qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan KP Abşeron RK-nin II katibi vəzifəsində işləyib. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirib şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR DTK sədrinin müavini kimi vəzifələrdə işləyib.

1989-92-ci illərdə Rusiyanın Murmansk şəhərində keçmiş DTK sistemində çalışan eks-jurnalist N.Abbasov hələ sabiq prezident Elçibəyin vaxtında – 1992-ci ildə Azərbaycan milli təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra general N.Abbasov sabiq nazir Nəriman İmranovun vəzifədən getməsindən sonra nazir təyin edilib. Bu, 1995-ci ilin mart ayında baş verib.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixində ölkə başçısının sərəncamı ilə  Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib.

2012-ci il oktyabrın 31-də Prezident İlham Əliyev Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Namiq Rəşid oğlu Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Namiq Abbasov martın 27-si 2024-cü il tarixində vəfat edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199629

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930