Naxçıvanda qazilərin etirazı: “Fevral ayından təqaüd ala bilmirik” – VİDEO

28.03.2024 - 14:47

Naxçıvan şəhər sakinləri olan bir qrup qazi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər iddia edirlər ki, fevral ayından təqaüdlərini ala bilmirlər:“Biz qazilər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız. Vətənimiz uğrunda canımızdan, qanımızdan keçmişik, bu gün üçün də hazırıq. Amma bizlərə qarşı olunan haqsızlıqlar dözülməzdir. Şikayətimizə baxılmır, rəsmi şəxslərin qəbuluna girə bilmirik.

Biz sağlamlığımızı itirən şəxslərik. Buna baxmayaraq, fevral və mart ayının təqüdünü ala bilmirik, vermirlər. Bizə deyirlər ki, problem bizdə deyil, Bakıdadır. Bizdə olan məlumata əsasən, fevral ayında Naxçıvanın 4 rayonundan olan qazilərin pulu kartlarına vurulub, amma bizimkilər hələ də köçürülməyib. Nazirliyə yaxınlaşırıq, deyirlər ki, sistemdə problem var, təqaüdləri vura bilmirik”.

Şikayətçilər deyir ki, məsələdə ilə bağlı Bakı ilə əlaqə saxlayıblar. “Dedilər ki, bizdən pul ötürülüb”, – deyə şikayətçilər bildirirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199651

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930