Təhlükə var: Çölə çıxmayın! – İki gün boyunca…

15.04.2024 - 13:24

Xəbər verdiyimiz kimi, bu gündən etibarən güclü maqnit qasırğası müşahidə olunacaq. Maqnit qasırğası iki gün boyunca təsirli olacaq. Nevroloq Rəna Abbasova açıqlamasında müşahidə olunan maqnit qasırğa və onun təsirləri barədə insanlara bir sıra tövsiyələr verib: “Maqnit qasırğaları ürək-damar xəstəliyindən əziyyət çəkən insanlarda, yüksək təzyiq və şəkərli diabet xəstələrində öz təsirini daha ciddi şəkildə göstərir.  Maqnit qasırğası dövründə xəstələrdə kəskin başgicəllənməsi və başağrısı olarsa, buna xüsusi diqqət yetirilməlidir. Bu səbəbdən həmin şəxslərə tövsiyə edirik ki, ehtiyac olmadıqda sözügedən dövrdə açıq havaya çıxmasınlar və daha çox qapalı, sərin məkankarda vaxt keçirsinlər. Bundan əlavə, bu cür xəstəliyi olanlar dərmanlarını mütəmadi olaraq qəbul etməli, şəkər və təzyiqlərini normada saxlamalı, əks-göstəriş olmadığı təqdirdə 2 litr maye qəbul etməlidirlər. Bu dönəmdə təzyiq və şəkərləri yüksələrsə, həkimə müraciət etmələri mütləqdir”.

Həkim bildirib ki, maqnit qasırğaları heç bir xroniki xəstəliyi olmayan,  səhhəti normal olan insanlara da təsir göstərir: “Həmin şəxslər bu dövrdə ciddi bir problem yaşamasa da, bu adamlarda da yüksək təzyiq müşahidə edilir. Həmçinin, sağlam insanlarda əzginlik, yorğunluq, gün ərzində yuxululuğun artması, baş ağrıları özünü göstərə bilər. Maqnit qasırğası baş verdikdə, işığa, yüksək səsə qarşı həssaslığın artması, oynaqlarda ağrılar, əsəbilik, əhvalın səbəbsiz pozulması kimi hallar yaranır.

Bununla yanaşı, maqnit qasırğası zamanı bəzən tam sağlam insanlarda da müəyyən diskomfort hissi yarana bilər. O halda müəyyən sakitləşdirici preparatlardan istifadə etmək mümkündür. Həmçinin belə hallar baş verdikdə, xüsusi avadanlıqlarla işləməyi minumuma endirmək, avtomobildən istifadəni azaltmaq, artıq diqqət tələb edən işlərdən çəkinmək tövsiyə olunur”. (Yeni Sabah)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=200012

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031