İstilər neçə gün davam edəcək?

29.07.2015 - 12:51

gunesli havaHazırda ölkə ərazisində müşahidə olunan günəşli, yağmursuz və isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinəm görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq, bəzi yerlərində 40 dərəcəyədək yüksələcək. “Bölgələrdə də yağmursuz hava şəraiti bir neçə gün davam edəcək. Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikası ərazisində 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti müşahidə ediləcək. Dağlıq ərazilərdə isə temperaturun 28-33 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır”.

G.Məmmədova bildirib ki, yaxın 2-3 gün ərzində zəif külək gündüz saatlarında havada durğunluğa səbəb olur. Bu da meteohəssas insanlar üçün əlverişsiz hava hesab edilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28934

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930