“Böyük Rüşvət” Əməliyyatı və Azərbaycan

20.01.2014 - 00:43

“Türkiyə-Azərbaycan
münasibətlərinin bütün fırıldaqlarını araşdırılmalıdır”
“Əliyevin
“Böyük rüşvət” əməliyyatının keçirilməsi haqda məlumatı olmadığı halda gözləmək
olar ki, Türkiyədə korrupsiya qalmaqalı ipləri tezliklə Azərbaycana gətirilib
çıxarılacaq” 

“Türkiyə-Azərbaycan
münasibətlərinin bütün fırıldaqlarını araşdırılmalıdır”
“Əliyevin
“Böyük rüşvət” əməliyyatının keçirilməsi haqda məlumatı olmadığı halda gözləmək
olar ki, Türkiyədə korrupsiya qalmaqalı ipləri tezliklə Azərbaycana gətirilib
çıxarılacaq”


Ötən sayımızda Türkiyədəki
məlum həbslərin Azərbaycan bağlantısı haqda geniş araşdırma dərc etmişdik.
Böyük rezonans doğuran həmin yazıda qaldırdığımız bir çox məsələlər artıq
təsdiqin tapmaqdadır. Belə ki, “Yeni Cumhuriyyət”in araşdırmasından bir gün
sonra tanınmış journalist Stanislav Tarasovun “Böyük Rüşvət” Əməliyyatı və Azərbaycan” adlı məqaləsi dərc olunub. Bu
məqalədə göstərilən faktlar da Türkiyədəki rüşvət qalmaqalının Azərbaycandan
yan keçməyəcəyini göstərir.

Oxucuların ötən sayımızdakı araşdırmamıza marağını nəzərə alaraq
S.Tarasovun məlum yazısını qısa ixtisarla diqqətinizə çatdırırıq: “Türk, onun
ardınca isə bəzi Azərbaycan KİV-ləri də Türkiyədə korrupsiya qalmaqalının
inkişafı ilə bağlı yeni maraqlı detallar açıqlayıblar. Belə məlum olub ki,
Azərbaycanın tanınmış oliqarxı, “Palmali” şirkətlər qrupunun
direktoru Mübariz MənsimovTürkiyənin keçmiş daxili işlər naziri Muammer Gülerin həbs edilən və Metris
həbsxanasında olan oğlu Barış Gülerə
baş çəkməklə bağlı İstanbul Bakırköy rayon prokurorluğuna müraciət edib.
Xatırladaq ki, Barış Güler Türkiyədə “Böyük rüşvət” əməliyyatı zamanı türk
polisi tərəfindən saxlanılmışdı. Onun İstanbuldakı evində axtarış aparılmış və
nəticədə külli miqdarda pul tapılmışdı. Türkiyə prokurorluğu bu görüşə icazə
verdi. Bununla əlaqədar olaraq, Azərbaycanın informasiya portalı AZe.az
“təəccüblə” bildirir ki, “sən demə, Mənsimov sabiq nazirin ailəsinin
çoxillik dostu imiş”. Lakin bunun ardınca Türkiyə prokurorluğu Türkiyənin
keçmiş daxili işlər naziri Mehmet Ağarvə həmin Mənsimov və Türkiyənin keçmiş iqtisadiyyat nazirinin həbsdə olan oğlu Zafer Çağlayan ilə daha bir görüşünə
icazə verib.
İlk baxışdan elə görünə bilər ki, azərbaycanlı oliqarx Mənsimov ya biznes
tərəfdaşları, ya da çətin vəziyyətdə olan dostları ilə görüşməyə müvəffəq
olmaqla öz humanitar keyfiyyətlərini nümayiş etdirir. Lakin bu zaman prinsipial
xarakterli məqamlar gözə çarpır.
Hadisələr dağdan sürətlə gələn qar topası kimi inkişaf edir. Məhkəmə
araşdırmasının episentrində Ərdoğanın ailəsi də oldu. Türkiyə məhkəməsi baş
nazirin oğlu Bilal Ərdoğanın
tutulması üçün order verdi. Türkiyə qəzeti Haber Ozel-in xəbər verdiyi kimi, o,
oğlu Bilal Ərdoğanı istintaqdan gizlətmək üçün onu Bakıya yollayıb. Bilal
burada vəziyyətin sakitləşməsini gözləyəcək. Başqa bir versiyaya görə, Bilal
Ərdoğan atasının Kısıklıdakı iqamətgahında gizlənir. Bu baxımdan müxalifət
nümayəndələri Ərdoğanın oğlu ilə Səudiyyə iş adamı Yasin Al-Kadinin əlaqələri ilə bağlı deputat sorğusunu
rəsmiləşdiriblər. Yasin Al-Kadi Əl-Qaidə ilə əlaqələrdə şübhəli bilinir və
2001-ci ildən onun adı ABŞ-ın tərtib etdiyi terrorçu siyahısında yer alır,
çünki müxtəlif xeyriyyə fondları vasitəsilə “Əl-Qaidə”yə sponsor yardımı edib.
Türkiyənin ədliyyə nazirliyi məlumat yayıb ki, korrupsiya qalmaqalı ilə bağlı
istefaya çıxan eks-nazirlərin toxunulmazlığı barədə vəsatətlə ölkə parlamentinə
müraciət etmək fikrindədir. Onlar cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Yəni,
eks-nazir atalar və onların övladları müttəhimlər kürsüsündə birlikdə ola
bilərlər. Digər tərəfdən, bu, onların ifşaedici ifadələr verə biləcək şəxslərin
neytrallaşdırılması probleminin həllini çətinləşdirir. Üstəlik, “Böyük
rüşvət” əməliyyatında “azərbaycanlı izi” görünür.
Söhbət, ilk növbədə, Türkiyənin həmin KİV-nin məlumatlarına görə nəinki İrandan
Türkiyəyə astronomik məbləğdə pul – 87 milyard avro transferini həyata keçirən,
həmçinin yüksək vəzifəli Azərbaycan məmurları ilə sıx əlaqədə olan, Türkiyəyə
keçirdiyi məbləğin bir hissəsini bir neçə Azərbaycan bankında, həmçinin Bank
Melli İranın Bakı filialında “yuyan” və hazırda həbsdə olan biznesmen Zərrab
haqqındadır. Onu da xatırladaq ki, əməliyyat tədbirləri zamanı Türkiyənin Qars
vilayətində Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov da saxlanılıb.
Ona görə ekspertlər Türkiyə-Azərbaycan münasibətlərinin bütün fırıldaqlarını
araşdırmalıdırlar. Today’s Zaman-ın xəbər verdiyi kimi, “Böyük rüşvət”
əməliyyatı təxminən bir il əvvəl başlanmış dərhal üç təhqiqatın nəticəsidir.
Aydındır ki, operativ tədbirlər Türkiyədən başqa Azərbaycan və İranda da
aparılıb. Bununla bağlı Ərdoğan bəyan edib ki, polis bu əməliyyat barədə onu
xəbərdar etməyib, halbuki onun masasının üstündə kəşfiyyat əməkdaşlarından
birinin məruzəsi olub. Bəs görəsən Azərbaycan prezidenti İlham Əliyev xarici xüsusi xidmət
orqanlarının sakitcə dövlətinin ərazisində işləməsinə icazə verilməsi barədə
məlumatlandırılıbmı, yoxsa onun bundan xəbəri yox imiş? Bu versiyalardan hər
biri xüsusi araşdırılmalıdır.
Ondan başlayaq ki, Bakı hər şeyi bilirdi. Camaat qarşısında Bakı Ankara ilə
münasibətlərində “bir millət – iki dövlət” şüarı ilə çıxış edir, lakin Bakı
indiyədək türk “vilayət”i olmaq hazırlığını nümayiş etdirməyib. Əksinə, o,
Türkiyənin daxili və xarici siyasətinin formalaşmasına real təsir göstərmək
imkanı əldə etmək üçün aktiv şəkildə Türkiyəyə inteqrasiya etmişdi. 2009-ci
ilin oktyabr ayında Türkiyə ilə Ermənistanın iki ölkə arasında diplomatik
münasibətlərin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan Sürix
protokollarının imzalanması Azərbaycan üçün sürpriz olmadı. O vaxtdan erməni
amili Türkiyənin Azərbaycana təzyiqinin güclü vasitələrindən biri oldu və
indiyədək elə olaraq da qalır. Belə vəziyyətdə Azərbaycan üçün Qarabağ
münaqişəsinin həlli tətbiqi əhəmiyyət kəsb edir. Qonşu Gürcüstanın Fransanın
köməyi ilə Saakaşvilinin oliqarxİvanişvili tərəfindən
hakimiyyətdən uzaqlaşdırılması təcrübəsi Qərbin Azərbaycanla münasibətlərində
bəzi açıq-aşkar fəaliyyət ssenariləri açdı: Gürcüstanda olduğu kimi, Türkiyə
rəhbərliyi ilə sıx əlaqələri olan oliqarx strukturları ilə rejimi dəyişmək. Bu
mənada Ərdoğana rüşvət qalmaqalı vasitəsilə zərbə endirilməsi obyektiv cəhətdən
Əliyevə sərf edir.
İndi isə Əliyevin “Böyük rüşvət” əməliyyatının keçirilməsi haqda məlumatı
olmaması versiyası barədə. Belə olduğu təqdirdə, gözləmək olar ki, Türkiyədə
korrupsiya qalmaqalı ipləri tezliklə İranın beynəlxalq təcridindən çıxmasından
sonra regionda əvvəlki geostrateji əhəmiyyətini itirəcək Azərbaycana gətirilib
çıxarılacaq. Bu konteksdə Qərb birliyinin indiyə kimi Azərbaycana Qarabağ
münaqişəsini həll etmək üçün sərfəli perspektivlər təklif etməməyi və qeyd
edilən Azərbaycan-Türkiyə şüarı – “bir millət – iki dövlət”in “bir millət –
ümumi problemlər”ə çevrilməsi faktı təsadüfi görünmür.
Yeri gəlmişkən, bunu REA-nın Şərqşünaslıq İnstitutunun direktoru Vitali Naumkin bu yaxınlarda “Vestnik
Kavkaza” qəzetinə verdiyi müsahibəsində də qeyd edib. O, “Azərbaycan və İranın
mürəkkəb münasibətlərinə”, “İrandan gələn təhlükə” amilinə diqqət yetirib, əmin
olduğunu bildirib ki, indi “Azərbaycan siyasətinin əsas məqsədlərindən biri
Yaxın Şərqdə baş verən hadisələrin, vəhşiliyin, burulğanın təsiri altında
daxili sakitçiliyin itirilməsinə yol verməməkdir”. Hadisələrin sonrakı inkişafı
Türkiyədə”Böyük rüşvət” işinin məhkəmə prosesi və oliqarx Mübariz Mənsimovun
üzərinə götürdüyü tapşırığın nəticəsi ilə müəyyənləşəcək.”

 

“Siyasət Şöbəsi”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3427

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930