İcra başçısı tualetlə bağlı təntənəli mərasim keçirdi – RƏSMİ AÇILIŞ

04.05.2016 - 16:52

tualetYaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

Yerli KİV-in yazdığına görə, layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə mərasim keçirilib.

Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi iştirak edib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev qonaqlara rayon haqqında məlumat verib, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.

Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=63244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031