Kürdəmirdə polis və qohumları vətəndaşı ölümcül döydü VİDEO

11.05.2016 - 23:47

rrVəkil Bəhruz Bayramov olayla bağlı Baş prokurora və daxili işlər nazirinə müraciət etdi; «Qılmanın ayağı beş, əli 4 yerdən sındırılıb. Əli ola bilsin kəsilsin. Kəllə-beyin travması alıb, daxili orqanları zədələnib»

Polis əməkdaşı və onun qohumları təərfindən ölümcül döyülən Kürdəmir rayon sakini Priyev Qılman Qanur oğlunun vəkili Bəhruz Bayramov Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. O bildirib ki, cinayət hadisəsində iştirak edən 4 nəfərdən yalnız bir nəfəri məsuliyyətə cəlb edilib.
Vəkil hüquq mühafizə orqanlarına etdiyi müraciətdə Qılman Priyevin pozulmuş hüququnu bərpa olunmasını, Cinayət Məcəlləsinin 126.2.4-cü və 186-cı maddələri ilə cinayət işinin başlanılmasını xahiş edib. Müraciətdə bildirilir ki, 31.03.2016-ci il tarixdə, gecə saatlarında Kürdəmir rayon Polis Şöbəsində işləyən polis-serjantı Asif Fərəcov və onun qohumları tərəfindən Q.Priyev vəhşicəsində döyülüb: “Qılman qonşusu A.Fərəcova iki həyət sahəsi arasında hasar çəkmək istəyini bildirib. Bu işin köməkli görülməsini təklif edib. Bunu dedikdən sonra Qılman axşam saatlarında namaz qılmaq üçün məscidə gedib. Polis əməkdaşı qohumları Kərim Kərimov, Elbrus Kərimov və Müslüm Kərimovla birlikdə məscidə gəliblər. Asif Fərəcov idarə etdiyi avtomobilini məscidin qarşında dayanan Qılmanın avtomobilinin qarşısında saxlayıb və ona zəng edib küçəyə çağırıblar. Burdahəmin şəxslər qəsdlə Qılmanın sağlamlığına ağır zərər vurublar. Yumuruq-təpiklə yanaşı onu dəmir parçası ilə də döyüblər. Bu dediklərimi məscidin həyətində olan video müşahidə kamerasının görüntüləri sübut edir”.
Bəhruz Bayramov deyir ki, Asif Fərəcov və qohumları Qılman Priyevi huşsuz vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşıblar: “Bundan öncə isə qəsdlə onun əmlakına, yəni avtomobilinə dəmir parçası ilə zərbələr endirib yararsız hala salıblar”.
Vəkil bildirir ki, zərərçəkən şəxs başından, ayağından və qollarından ağır zərbələr alıb: “Döyüldüyü gündən yataq xəstəsi olan Qılmanın ayağı beş, əli 4 yerdən sındırılıb. Əli ola bilsin kəsilsin. Kəllə-beyin travması alıb, daxili orqanları zədələnib. Müstəntiq Ramidin sözlərinə görə, tibbi ekspertiza rəy verib ki, guya ancaq qolundan zədələnib. Əslində heç bir ekspertizadan keçirilməyib, saxta rəy alnıb. Müstəntiq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) cinayət işi açıb. Dörd nəfərdən yalnız bir nəfəri cinayət məsuliyyətinə cəlb edib. Bu maddə ilə təqsirləndirlən şəxs iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
B.Bayramovun sözlərinə görə, onun Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət etməklə tələbi odur ki, dörd nəfər tərəfindən təhlükəli üsülla Qılman Priyevin sağlamlığına ağır zərər vurulduğu üçün Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) cinayət işi açılsın. Həmçinin, hüquqlarının müdafiə etdiyi şəxsin əmlakına qəsdən zədə vurulduğu üçün cinayət işinə Cinayət Məcəlləsini 186-cı maddəsinin əlavə edilməlidir.
Vəkilin sözlərinə görə, bir müddət xəstəxanada yatdıqdan sonra zərərçəkən Qılman Priyev hazırda evdə müalicə alır. Vəkilin müraciəti əsasında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa göndərdiyimiz sorğuya cavab verilməyib. Hər iki qurumun, eləcədə hadisədə ittiham olunan şəxslərin olayla bağlı mövqeyini dərc etməyə çalışacağıq. (bizimyol.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=63845

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930