DİQQƏT: Bunlar Azərbaycanda QADAĞAN edildi – SİYAHI

17.05.2016 - 15:30

dermanMilli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, qəbul edilən dəyişiklik “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən properdian Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb. AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH -018, JWH -122, JWH -210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib.

Azərbaycanda dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4- metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) daxil edilib.

Daha sonra qanun layihəsi səsverəmyə çıxarılarqa qəbul edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=64334

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031